Tahir Akgubayev on Superpeer

Psixoloq

Özünü tanıma, fərqindəlik və fərdi inkişaf yolçuluğu... Salamlar. İnsanı anlamaq həmişə marağımda olub. Bu maraq məni ilk tələbəlik illərimdə fəlsəfəyə, sonra da psixologiyaya gətirib çıxardı. Və zaman keçdikcə öyrəndim ki, məsələ əvvəl özünü, sonra da insanı, həyatı və varlığı anlamaq imiş... Hazırda psixologiyada insana 400-dən çox yanaşma var. Bu yanaşmaların hərəsinin insana baxışı fərqlidir. İnsanla əlaqəli əsas nəzəriyyələrdən xəbərdar olmaq özünü daha yaxşı tanımaq, potensiallarını kəşf etmək yolunda çox önəmli addımdır. Fikrimcə, psixoloji problemlərin çoxu bioloji, psixoloji, sosioloji və spiritual yönlərdən biri və ya bir neçəsi ilə əlaqəlidir. Bunun həlli isə əvvəla, narahatlığın hansı sferada olduğunu müəyyənləşdirmək, sonra da buna uyğun fərqindəlik qazanmaqla mümkündür. Çünki şüuraltının səbəblərinə qarşı şüurlu fərqindəlik problemin həllinin yarısı deməkdir. Şəxsi, ailə, sosial və iş həyatı ilə əlaqəli mövzulara yuxarıda sadalananlar işığında birgə nəzər salmaq üçün individual görüşlərdən faydalana bilərsiniz. Burada həm nəzəri, həm də praktik məlumatlardan danışacaq, gündəlik həyatda tətbiq edəcəyimiz fəaliyyətlərdən bəhs edəcəyik. Özünü, insanı və həyatı anlamaq ömür boyu davam edən yolçuluqdur. Bu yolçuğu mənimlə etmək istəyirsinizsə, abunə olmağa tələsin.