Necə iş təcrübəsi toplaya və iş tapa bilərəm? with Soltan Abilgasimzada
Yeni başlayan biri olaraq, necə iş təcrübəsi toplaya və iş tapa bilərəm? Proqramlaşdırmaya yeni başlayan əksər insanlar, öyrənmə mərhələsini keçdikdən sonra, iş tapmaqda çətinlik çəkirlər və necə iş tapacaqlarını bilmirlər. Müraciət etdikləri şirkətlər təcrübə istəyirlər, onlar da təcrübə toplamaq üçün iş. Bu paradoksdan çıxmaq üçün, özümün sınadığı üsulları sizinlə paylaşacam. Mən 17 yaşımda məktəbi bitirdikdən sonra, 18 yaşım tamam olan kimi maaşlı iş tapdım və yerli şirkətlərlə ilk iş həyatına başladım. Ondan qabaq intern olaraq belə heç bir şirkətdə işləməmişdim. İnanıram ki, siz də doğru yolu izləsəniz, rahatlıqla, təcrübəli bir işçi olaraq iş tapa bilərsiniz.